TUTAQ Kİ,
BİR İDEYANIZ VAR…

Amma onu necə həyata keçirəcəyinizi hələ bilmirsiniz. Axtardığınız həll sizin X-inizdir.

X-İNİZİ BİRLİKDƏ
TAPIRIQ.

Nəyə nail olmaq istədiyinizi dəqiqləşdirir, haradan başlayacağımızı birlikdə müəyyənləşdiririk.

İDEYANIZA
XARAKTER VERİRİK.

Brendinizin konsepsiyasını, loqotipini və vizual üslubunu hazırlayırıq.

UYĞUN ALƏTLƏRİ
SEÇİRİK.

Dizaynı, texnologiyanı və iş proseslərini məqsədinizə uyğun planlaşdırırıq.

İDEYANIZI
HƏYATA KEÇİRİRİK.

İdeyanızı müştərilərinizə təqdim edə biləcəyiniz, istifadəyə hazır bir layihəyə çeviririk.

HƏR LAYİHƏNİN
ÖZ X-İ VAR

X-İ NECƏ TAPIRIQ?

  1. Araşdırırıq

    Nə etmək istədiyinizi bizə danışın. Layihənin kimə yönəldiyini və hansı nəticəni gözlədiyinizi birlikdə dəqiqləşdiririk.

  2. İdeyanı tapırıq

    İstiqamət təklif edir, görüləcək işləri razılaşdırırıq. Həllin əsasını təşkil edən ideyanı tapırıq.

  3. Yaradırıq

    Razılaşdırdığımız işi görürük: dizayn, sayt, video və ya avtomatlaşdırma. Gedişatı göstərir və düzəlişləri müzakirə edirik.

  4. İşə salırıq

    Layihəni yoxlayır, istifadəyə hazırlayıb sizə təhvil veririk. Sonrakı dəstək barədə də razılaşırıq.

İDEYA MANEƏLƏRDƏN GÜCLÜDÜR.

Xal0Maneələri aşmaq üçün tullanın.
Gündəlik rutinQarışıqlıqŞablonluq
Boşluq düyməsi, ↑ və ya toxunuş
WhatsApp-da bizə yazın

LAYİHƏDƏN
DANIŞAQ.

Sorğunuz poçt tətbiqində açılacaq. Mətni yoxlayıb göndərin.