Qablaşdırma maketini çapa necə hazırlamaq olar?
WUF13 nümayəndə heyəti üçün hazırladığımız hədiyyə qutusu əsasında çapa göndərməzdən əvvəl nələri yoxlamaq lazım olduğunu göstəririk.
Qutunun açınımından başlayın
WUF13 üçün Dila Trade-in qovrulmuş fındıq hədiyyə qutusunu hazırladıq. Açınımda illüstrasiyanın, məhsul adının və digər məlumatların qutunun hansı üzünə düşəcəyi görünür. Dizayna başlamazdan əvvəl açınımı qablaşdırma istehsalçısından alın.
Qutunu real ölçüdə yığın
Maketi 1:1 miqyasında çap edin, kəsib qatlayın. Yazıların istiqamətini, mətnin oxunaqlığını və vacib detalların qat yerlərinə düşüb-düşmədiyini yığılmış qutuda yoxlayın.
Çap tələblərini dəqiqləşdirin
Fayl formatını, rəng profilini, kəsim payını və kəsim xətlərinin necə göstərilməli olduğunu mətbəə ilə razılaşdırın. Mətni bir daha oxuyun. Barkod varsa, sınaq çapında oxunduğunu yoxlayın. Tirajdan əvvəl sınaq nümunəsini təsdiqləyin.